...

Birinci vitse-prezident: "Azərbaycan 2007-ci ildə "Şahdəniz" yatağından 50 faizə yaxın qaz alacaq"

Energetika Materials 7 İyun 2007 12:09 (UTC +04:00)
Birinci vitse-prezident: "Azərbaycan 2007-ci ildə "Şahdəniz" yatağından 50 faizə yaxın qaz alacaq"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ 2007-ci ildə "Şahdəniz" yatağından 5,7 mlrd. kubmetr qaz hasil olunacaq. Bunu cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) geologiya, geofizika və işlənmə üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu həcmdən cari ildə Azərbaycanın payına 2,7 mlrd. kubmetr düşəcək.

"Hazırda işləyən iri quyuların və ilin sonunadək istismara veriləcək quyuların sayını nəzərə alsaq, bu, mümkündür" - deyə Yusifzadə qeyd edib.

"Şahdəniz"in işlənilmə layihəsinin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: "BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz və ARDNŞ - 10 faiz.

İlin sonunadək "Şahdəniz" yatağından qaz dörd quyudan hasil olunacaq. Azərbaycandan başqa qazı həmçinin Gürcüstanla Türkiyə alacaq. Yanacaq Cənubi-Qafqaz boru kəməri ilə nəql olunur.

Xəbər lenti

Xəbər lenti