...

ARDNŞ Novorossiyskdən neft göndərilməsi üzrə tender elan edib

Energetika Materials 19 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 615 min barel REBCO markalı neftin göndərilməsi üzrə tender elan edib. Bu barədə məlumatı ARDNŞ-dən veriblər. Bu partiya iyulun 29-30-da göndəriləcək. Tenderin nəticələri iyunun 21-də açıqlanacaq.

Yanvar ayında Bakı-Novorossiysk kəməri üzrə Dövlət Neft Şirkətinin nefti nəql olunmayıb. Fevral, mart, aprel və mat aylarında isə Novorossiyskdən hər biri 450 min barel həcmində dörd neft partiayası göndərilib. İyun ayında 1 mln. 200 min barel həcmində partiya satılıb.

Yanvar ayında bu kəmərlə neft göndərişlərinin dayandırılması, demək olar ki, bütün neftin elektrik stansiyaları üçün yanacaq almaq məqsədilə neft emalı zavodlarına göndərilməsi ilə əlaqələndirilir. Bu il Azərbaycan Rusiyadan elektrik stansiyalarında yanacaq kimi istifadə olunan qazın idxalını dayandırıb.

Yanvar-may ayları ərzində ARDNŞ Bakı-Novorossiysk kəməri ilə orta hesabla 326 min 395 ton neft ixrac edib. 2006-cı il ərzində 1 mln. 172 min ton neft ixrac olunub. (2005-ci ildə 1 mln. 631 min ton).

2007-ci ildə Novorossiyskdə ARDNŞ-dən neft partiyası alan şirkətlər:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel);

Sunoil SA - may (450 min barel);

Oil Refineries LTD - iyun (1,2 mln. barel).

Xəbər lenti

Xəbər lenti