...

Azərbaycan neftinin qiyməti: 18-22 iyun həftəsinin yekunları

Energetika Materials 25 İyun 2007 14:54 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 18-22 iyun həftəsinin yekunları

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ 18-22 iyun həftəsində hazırda Türkiyənin Ceyhan, Gürcüstanın Batumi limanından satılan AZERI LT (CIF) markalı neftin orta qiyməti $72,41/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $1,84/barr, yaxud 2,6 fazi çoxdur.

AZERI LT neftinin ən yüksək qiyməti $72,91/barr, ən aşağı qiyməti isə $71,37/barr olub. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin 18-22 iyun həftəsində orta qiyməti $67,39/barr təşkil edib, bu da əvvəlki həftə olan qiymətdən $1,11/barr yaxud 1,6 faiz çoxdur. 18-22 iyun həftəsində tarixlərində URAL neftinin ən yüksək qiyməti $68,38/barr, ən aşağı qiyməti isə $66,22/barr olub. URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

18-22 iyun həftəsində Brent Dated markalı neftin orta qiyməti $72,63/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $2,48/barr, yaxud 3,5 faiz çoxdur.

18-22 iyun həftəsində Brent neftinin ən yüksək qiyməti $73,04/barr, ən aşağı qiyməti isə $71,71/barr olub. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti