...

ARDNŞ: İran benzin idxalını dayandırdığı barədə Azərbaycanı xəbərdar etməyib

Energetika Materials 27 İyun 2007 12:57 (UTC +04:00)
ARDNŞ: İran benzin idxalını dayandırdığı barədə Azərbaycanı xəbərdar etməyib

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Çərşənbə günü ARDNŞ-dan verilən məlumata görə, İran tərəfi Azərbaycandan avtomobil benzininin idxalını dayandırdığı barədə ölkəni xəbərdar etməyib.

Azərbaycan İrana hər ay 20-40 min ton avtomobil benzini ixrac edir. Benzin ixracı "East Energy" ilə bağlanmış müqavilə çərçivəsində həyat keçirilir.

Neft məhsulları "Azərneftyağ" neft emalı zavoduna məxsus limanda yüklənir.

Dünya KİV-nin verdiyi məlumata görə, İran benzin satışına məhdudiyyətlər qoyur. İyunun 27-dən başlayaraq şəxsi avtomoil sahibləri ay ərzində 100 litrdən çox benzin əldə edə bilməzlər. "RBK"nı "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu tədbir İranda benzinin daxili istehlakını azaltmaq və ölkəyə yanacaq idxalını aradan qaldırmaq məqsədilə görülüb.

Azərbaycan avtomobil benzinini Heydə Əliyev adına neft emalı zavodunun bazasında istehsal edir.

İran neft istehsalına görə OPEK-də ikinci yeri tutur. 2015-ci ildə ölkə gün ərzində neft istehsalını 4,3 mln. barreldən 5,3 mln. barrelə çatdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti