...

Bakı Neft Emalı Zavodu maye qazın istehsalını müvəqqəti olaraq dayandırır

Energetika Materials 10 İyul 2007 15:45 (UTC +04:00)
Bakı Neft Emalı Zavodu maye qazın istehsalını müvəqqəti olaraq dayandırır

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda kataliz krekinqi qurğusu növbəti təmirə dayandırılıb. Bununla əlaqədar olaraq maye qazın istehsalı tamamilə dayandırılıb. ARDNŞ-in mətbuat xidəmətindən çərşənbə günü verilən məlumatda belə deyilir.

Qurğunun yenidən işləməsinin dərinliyi 2006-cı ildə 66,3% təşkil edib.

Zavodun və ARDNŞ-in bütün imkanlarının istifadəsi hesabına təmir işlərini iyulun sonuna qədər başa çatdırmaq planlaşdırılır. Bu barədə mətbuat xidmətindən bildirilib.

2006-cı ildə neftin emalı dərinliyi 61,4% təşkil etməklə 1,8% artıb.

Xəbər lenti

Xəbər lenti