...

İMMM rəhbəri: "Azərbaycan yataqlarının işlənilməsi üçün müqavilələr haqqında məlumatlara daxil olmaq imkanları genişləndirilməlidir" (video)

Energetika Materials 20 İyul 2007 19:20 (UTC +04:00)
İMMM rəhbəri: "Azərbaycan yataqlarının işlənilməsi üçün müqavilələr haqqında məlumatlara daxil olmaq imkanları genişləndirilməlidir" (video)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İctimai Maliyyə Monitorinq Mərkəzi (İMMM) hesab edir ki, Azərbaycanda neft yataqlarının işlənilməsi və reabilitasiyası, kəşfiyyatı üzrə müxtəlif vaxtlarda imzalanmış PSA tipli müqavilələr haqqında məlumatlara daxil olmaq imkanlarını genişləndirmək lazımdır. Bu barədə cümə günü İMMM rəhbəri İnqilab Əhmədov bildirib.

"Hazırda Azərbaycan neft-qaz müqavilələrindən böyük gəlirlər almaq üzrədir" - deyə o bildirib.

Onun sözlərinə görə, hansı müqavilənin işləyib hansının işləmədiyi, hansı mərhələdə olmaları barədə məlumat almaq lazımdır. Əhmədov hesab edir ki, onlardan hansının daha effektiv olduğunu, hansının divident gətirdiyini bilmək üçün bunları bilmək lazımdır.

2006-cı ildə Azərbaycanda neft hasilatı 32,5 mln. ton təşkil edib. ARDNŞ-in neft-qaz çıxarma müəssisələrinin payına 7,8 mln. ton, BM və əməliyyat şirkətlərinin payına quruda 1,1 mln. ton neft düşüb. ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında 23,6 mln. ton neft hasil edib.

2006-cı ildə Azərbaycanda qaz hasilatı isə 6,7 mlrd. kubmetr olub. ARDNŞ-in neft-qaz müəssisələrinin payına 4,3 mlrd. kubmetr, BM və əməliyyat şirkətlərinin payına quruda 0,1 mlrd. kubmetr qaz düşüb. ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında 2.3 mlrd. kubmetr səmt qazı hasil edib.

İtaliyanın ENI şirkətinin məlumatlarına əsasən, 2006-cı il yanvarın 1-nə Azərbaycanın neft ehtiyatları 7 mlrd. barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti