...

"Azərelektroişıq" ASC sənaye şəhərciyinə köçürülür

Energetika Materials 21 İyul 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü. İsmayılova/ Azərbaycanın dövlət əmlakının idarəedilməsi üzrə Dövlət Komitəsi "Azərelektroişıq" ASC-nin Abşeron və Xızı rayonlarının inzibati ərazisində yaradılan sənaye şəhərciyinə köçrülməsi ilə əlaqədər onun əmlakının demontajı ilə bağlı işlərin ilkin mərhələsi üçün açıq tender elan edib.

Tenderə binaların yığılması və avadanlıqların köçürülməsi, habelə müvafiq ərazilərin tullantılardan təmizlənməsi və müvafiq qaydalar əsasında mövcud kommunikasiyaların sökülməsi kimi məsələlər daxildir.

Tenderdə iştirak etmək istəyənlər sənədlərini 2007-ci il avqustun 24-dək təqdim etməlidirlər. Tender sentyabrın 4-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti