...

"BP Azerbaijan"ın vitse-prezidenti: ABƏŞ Bakı-Novorossiysk kəmərinin operatorluğundan imtina edib

Energetika Materials 15 Avqust 2007 16:50 (UTC +04:00)
"BP Azerbaijan"ın vitse-prezidenti: ABƏŞ Bakı-Novorossiysk kəmərinin operatorluğundan imtina edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə tərəfdaşlar Bakı-Novorossiysk kəməri üzrə operatorluqdan imtina etmək barədə qərar qəbul ediblər. Bunu çərşənbə günü mətbuat konfransında BP Azerbaijan şirkətinin quruda əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavanşir bildirib.

Hazırda bu boru kəməri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft nəql edir. Kəmərin operatorluğu yaxın zamanlarda ARDNŞ-ə keçəcək.

"Biz hazırda bu məsələ üzrə ARDNŞ-lə danışıqlar aparırıq", - deyə Cavanşir bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan ixrac neft kəmərinin mövcud olması səbəbindən ABƏŞ-in başqa boru kəmərinə ehtiyacı yoxdur. Bu boru kəməri ilə ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi yüngül neft ixrac olunur.

Xəbər lenti

Xəbər lenti