...

Prezident İlham Əliyev: Azərbaycan və İran arasınada dünya bazarlarına birgə çıxış üzrə layihələr mövcuddur

Energetika Materials 21 Avqust 2007 21:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və İran arasınada dünya bazarlarına birgə çıxış üzrə layihələr mövcuddur

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan və İran arasınada dünaya bazarlarına birgə çıxış üzrə birgə layihələr mövcuddur ki, bunlar da regional təhlükəziliyin təmin olunmasına yardım edəcək. Bunu çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejadla danışıqların yekununa əsasən keçirilən mətbuat konfransında bəyan edib.

Azərbaycan, həmçinin İran gələcəkdə Avropaya qaz idxalını artırmağa yönələn Nabukko layihəsinin iştirakçısı ola bilər. Kəmərin gücü illik 20 mlrd. Kubmetr qazı ötür.

Enerji əməliyyatları ilə bağlı isə Azərbaycan prezidenti xüsusilə qeyd edib ki, artıq ermənistanın blokadasında olan Naxçıvan Muxtar Respublikasının qazla təminatının ikinci mərhələsi başlayıb.

"Azərbaycan və İran qonşu dövlətlər kimi bir-birilərini dəstəkləməlidir",-deyə İ.Əliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan və İran mövcud iqtisadi potensialı kifayyət qədər istifadə etmirlər. 2007-ci ildə əmtəə dövriyyəsinin 60-70 faiz artmasına baxmayaraq tərəflər bunu artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti