...

Azərbaycanda yanacaqdoldurma məntəqələrinin yoxlanılmasına başlanılıb

Energetika Materials 7 Sentyabr 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Sənaye və Energetika Nazirliyi Bakı, Sumqayıt və digər bölgələrdə yanacaq və mayeləşdirilmiş qaz məntəqələrində yoxlamalara başlayıb. Bu barədə nazirliyin məlumatında xəbər verilir. Yoxlamalarda məqsəd fəaliyyətin bu növündə lisenziyalaşdırmanın tələb və şərtlərinə əməl olunmasını aşkarlamaqdır.

Məlumatda bildirilir ki, Sumqayıtdakı qazdoldurma məntəqələrinin birində qanun pozuntusu - məhsulların lisenziyasız satışı qeydə alınıb. Həmin məntəqənin fəaliyyəti dayandırılıb. Bəzi məntəqələrdə qeydə alınan qayda pozuntuları isə aradan qaldırılıb.

Yoxlamalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti