...

"BG Kazakhstan"ın prezidenti: "Qazaxıstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar təxminən 40 mlrd. dollar təşkil edib"

Energetika Materials 8 Sentyabr 2007 11:55 (UTC +04:00)

Trend-i buradan izləyin

Qazaxıstan, Astana / Trend , müxbir V.Şərifov/ Astanada "KazEnergy"nin təşkil etdiyi ikinci Avrasiya Enrgetika Forumunda "BG Kazakhstan" şirkətinin prezidenti Lyuis Afflek bildirib ki, 1991-ci ildən bu günə qədər Qazaxıstan iqtisadiyyatına yatırılan birbaşa inrvestisiyalar təxminən 40 mlrd. dollar təşki edib.

BG şirkəti "Karaçaqanak" yatağının işlənməsində iştirak edir.

"Mən hesab edirəm ki, neft və qazın qiymətlərinin tərəddüd etməsinin mənfi nəticələrinin (Qazaxıstan üçün) qarşısını almaq və davamlı artıma nail olmaq üçün iqtisadiyyatın maksimum dərəcədə geniş platformaya əsaslanması vacibdir" - deyə o bildirib.

Onun sözlərinə görə, xarici investisiyaların səviyyəsi Qazaxıstanda sabitliyin nə dərəcədə bərqərar olmasından asılıdır.

"Bu, xüsusilə də karbohidrat ehtiyatlarının mənimsənilməsi üçün vacibdir və bu işin bəhrəsini görmək üçün iri avans investisiyaları və uzun illər tələb olunur. Bu halda müqavilələrin toxunulmazlığı məsələsi investorlar üçün xüsusilə böyük əhəmiyyət kəsb edir" - deyə o bildirib.

"Karaçaqanak" texniki cəhətdən mürəkkəb yataqdır. Biz 550 atmosfer yüksək təzyiq altında, yüksək sulfidli qazın əks istiqamətdə vurulmasının nadir sistemindən istifadə edirik. Bu, dünyada qazanılan ilk belə nailiyyətdir. Yatağın miqyası ilə yanaşı texniki çətinliyini artıran daha bir faktor temperaturun mövsümi olaraq tərəddüd etməsidir" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti