...

Natiq Əmirov: Problemli kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək

Maliyyə Materials 1 Mart 2019 15:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanına əsasən həmin kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək
Natiq Əmirov: Problemli kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanına əsasən həmin kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.

N.Əmirov qeyd edib ki, əgər təzminat kredit borcunun ödənilməsi üçün kifayət etməsə, borcun qalan hissəsi daha aşağı faiz dərəcəsi ilə (illik bir faiz) restrukturizasiya ediləcək.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, fərman həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır:

“Problemli kreditlərlə bağlı məsələlər 2014-cü ilin sonu – 2015-ci ilin əvvəllərindən dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasından sonra başladı. Bu məsələlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub”.

O əlavə edib ki, bu günədək kreditlərlə bağlı ümumilikdə 616 milyon manat məbləğində 311 mindən çox məhkəmə işi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti