Bakı. Xeyrəddin Nəsirov - Trend:
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri 132,82 milyon sığorta haqqı yığmışlar. Trend-in məlumatına görə, yığılan bu məbləğ ötən ilin analoji dövr göstəricisini 1,05 faiz üztələyir.
Bu il sığorta şirkətləri tərəfindən ödəmələrə gəlincə bu məbləğ 33,12 milyon manat təşkil edib. Bu göstərici isə ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.