...

Qara dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib

Maliyyə Materials 2 Avqust 2019 16:22 (UTC +04:00)
Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) buraxdığı manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib
Qara dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib

Bakı. Sara İsrafilbəyova - Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) buraxdığı manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Samir İsmayılov deyib.

O bildirib ki, avqustun 1-də Bakı Fond Birjasında QTİB-in 10 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib: “İstiqrazlara tələb 81 milyon manat təşkil edib”.

S.İsmayılov əlavə edib ki, istiqrazların çevrilməsi müddəti iki ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti