...

Unicapitalda yeni təyinat olub

Maliyyə Materials 16 Sentyabr 2020 12:53 (UTC +04:00)
Unicapitalda yeni təyinat olub

Bakı. Trend:

Maliyyə-investisiya bazarları sahəsində çoxillik təcrübəyə və biliyə malik olan daha bir peşəkar kadr bu günlərdə “Unicapital” İnvestisiya Şirkətində əhəmiyyətli vəzifəyə təyinat alıb.

Şirkətin baş menecerinin qərarı ilə Seymur İbadov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Araşdırmalar və investisiya məsləhəti şöbəsi”nin müdiri təyin olunub. Seymur İbadov bu vəzifəyə təyin olunanadək Paşa Həyat Sığorta ASC-də “İnvestisiya şöbəsi”nin müdiri olub. O, 12 ildən artıq Azərbaycan Dövlət Neft Fondunda müxtəlif vəzifəsində çalışıb. Hazırda UNEC-in MBA Dissertasiya Komitəsinin üzvü olan Seymur İbadov, İqtisadiyyat üzrə Fəlsəfə doktorudur. Ölkənin qabaqcıl ali məktəblərində makroiqtisadiyyat, investisiya və portfel idarəetməsi, maliyyə bazarları, statistika üzrə mühazirə dərsləri aparır.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,8 milyon manat civarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti