Bakı. Trend:
2022-ci il sentyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,204 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ötən ayla müqayisədə pul bazası 0,52 faiz və ya 84,4 milyon manat artıb.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 14,34 faiz və ya 2,032 milyard manat artıb.