...

USAID Azərbaycana yeni maliyyə mənbələrinin formalaşmasında göstərilən dəstəkdən danışdı

Maliyyə Materials 4 Mart 2023 16:03 (UTC +04:00)
USAID Azərbaycana yeni maliyyə mənbələrinin formalaşmasında göstərilən dəstəkdən danışdı
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanı kiçik və orta sahibkarlıq müəssisələrini yeni maliyyələşdirmə mənbələrinin formalaşmasında dəstəkləyir.

Bu barədə USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nirbas Trend-ə deyib.

Onun sözlərinə görə, USAID tərəfdaşları ilə birlikdə Azərbaycanda alternativ maliyyə vasitələrinin inkişafı layihəsini həyata keçirməkdədir.

"Tərəfdaşlarımızın siyahısına Azərbaycan hakimiyyətini, Azərbaycan Dövlət Aqrar Universitetini (Gəncə) və biznes assosiasiyalarını aid etmək olar. Biz texniki dəstək göstərir, alternativ maliyyə mənbələrinə çıxış üçün bütün vasitələrimizi təqdim edir və hüquqi bazanın formalaşması üzrə konsultasiya xidməti göstəririk. Bundan başqa, Azərbaycanı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda dəstəkləyirik", - o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Nirbas USAID-in Azərbaycanda ümumi prioritetinin əsas diqqəti kənd təsərrüfatı və turizmə yönəltməklə özəl sektorun inkişafı üçün daha yaxşı şəraitin yaradılmasından, habelə, gender bərabərliyi və qadınların iqtisadi imkanlarının genişlənməsinə dəstək məqsədilə mühüm resursların ayrılmasından ibarət olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti