...

Mərkəzi Bank uçot dərəcəsi üzrə növbəti iclasını bu tarixdə keçirəcək

Maliyyə Materials 29 Yanvar 2024 10:47 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə növbəti qərarı 2024-cü il yanvarın 31-də ictimaiyyətə təqdim olunacaq.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, Mərkəzi Bank 2023-cü il dekabrın 20-də uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalmışdır. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalmışdır", - deyə Mərkəzi Bankın məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti