...

Azərbaycanın 2023-cü il üzrə ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb

Maliyyə Materials 29 Mart 2024 10:19 (UTC +04:00)
Azərbaycanın 2023-cü il üzrə ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın ödəniş balansının cari əməliyyat hesabının profisiti 8,3 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

Onun sözlərinə görə, bu göstərici 2022-ci illə müqayisədə 64,7 faiz azdır.

"Ötən ilin nəticələrinə əsasən, ödəniş balansının cari əməliyyat hesabının profisiti 8,3 milyard ABŞ dolları olub ki, bu da ümumdaxili məhsulun (ÜDM) 11,5 faizini təşkil edir. Neft-qaz sektoru üzrə profisit 17,091 milyard dollar (40,4 faiz azalma), qeyri-neft-qaz sektoru üzrə defisit isə 8,762 milyard dollar (68,9 faiz artım) olub", - deyə o bildirib.

Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunları üzrə cari əməliyyat balansının profisitinin 7-8 milyard ABŞ dolları dəyərində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın cari əməliyyat balansının profisiti 23,478 milyard dollar olmaqla (2021-ci illə müqayisədə 2,8 dəfə artım) yüksək neft və qaz qiymətlərinin fonunda ÜDM-in 23,5 faizini təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti