...

Azərbaycanla İtaliyanın çox möhkəm əlaqələri var - ADA Universitetinin dekanı

Yaşıl iqtisadiyyat Materials 24 Fevral 2024 16:24 (UTC +04:00)
Azərbaycanla İtaliyanın çox möhkəm əlaqələri var - ADA Universitetinin dekanı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında çox möhkəm əlaqələr var.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı Matteo Vittuari universitetdə təşkil olunmuş “İtaliya-Azərbaycan Bağçılıq Sərgisi”ndə deyib.

“Layihədə təkcə ADA Universiteti deyil, həm də İtaliyanın bir sıra universitetləri, o cümlədən Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Luis Universiteti və Roma La Sapienza Universiteti də iştirak edir. Bu proqram ölkələrimizdəki təhsil müəssisələri arasında fəal əlaqələr, həmçinin şirkətlər və digər maraqlı tərəflər arasında əməkdaşlığı nəzərdə tutur. Proqram iştirakçıları müxtəlif şirkətləri, yerli hakimiyyət orqanlarını, nazirlikləri, tədqiqat institutlarını təmsil edirlər”, - o qeyd edib.

Dekan Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün ADA Universitetində bugünkü tədbirlərin və bu sektor üçün texnologiya və innovasiyaların əhəmiyyətini qeyd edib.

“Azərbaycanda COP29-un təşkilini nəzərə alaraq, kənd təsərrüfatı sektorunun ekoloji dayanıqlığın təmin edilməsinə və ölkənin sosial inkişafına verdiyi töhfəyə diqqət yetirilməlidir”, - Matteo Vittuari əlavə edib.

Qeyd edək ki, ADA Universiteti və Boloniya Universitetinin birgə təqdim etdiyi “Dayanıqlı Bağçılıq Sistemləri” sertifikatlaşdırma proqramının Bakı modulunun bağlanışı çərçivəsində “İtaliya-Azərbaycan Bağçılıq Sərgisi” keçirilib.

ADA Universitetinin təşəbbüsü və İtaliyanın “McFruit” sərgisi, İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM), “Caspian Agro” şirkətinin təşkilati dəstəyi ilə ilk dəfə keçirilən sərgidə İxrac və İnvestisiya (AZPROMO) bağçılıq sahəsində fəaliyyət göstərən 20-yə yaxın İtaliya və Azərbaycan şirkəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti