...

Tehranda BEM üzrə sərgi-konfrans keçiriləcək

Yaşıl iqtisadiyyat Materials 12 Aprel 2024 13:22 (UTC +04:00)
Tehranda BEM üzrə sərgi-konfrans keçiriləcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

27-28 may tarixlərində Tehranda bərpa olunan enerji mənbələri (BEM) üzrə sərgi-konfrans keçiriləcək.

Trend bu barədə "Iran Renewable Energy Conference" (Iran REC 2024) təşkilatçısına istinadən xəbər verir.

Konfransın məqsədi BEM üzrə nailiyyət və planları, innovasiyaları, energetika və iqtisadiyyatda transformasiyaları müzakirə etməkdir.

Qeyd edək ki, İranın BEM üzrə hədəf göstəricisi 2026-cı ilədək günəş enerjisi (ildə 300-dək günəşli gün), külək enerjisi və geotermal mənbələr hesabına 10 qiqavatt enerjidir.

İran hökuməti quraşdırılmış BEM gücünü 100 qiqavattdan çox artırmağı planlaşdırır.

Konfransda İranın enerji strukturları ilə yanaşı Almaniya Çin nümayəndələri, Ümumdünya Külək Enerjisii Assosiasiyasının vitse-prezidenti Cami Hüseyn, bir sıra Avropa və Asiya Beynəlxalq Təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti