...

Bu gündən COP29 çərçivəsində rezervasiya platforması işə başlayır

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 15:14 (UTC +04:00)
Bu gündən COP29 çərçivəsində rezervasiya platforması işə başlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən COP29 çərçivəsində rezervasiya platforması işə başlayır.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

"Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Azərbaycana gələn qonaqlar üçün vahid onlayn rezervasiya sistemi işə salınır", - o deyib.

Onun sözlərinə görə, rezervasiya sistemi əvvəlki COP tədbirlərinin tərəfdaşı olan beynəlxalq şirkət tərəfindən hazırlanıb.

"Hazırda sistemə Bakı və Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda yerləşən 100-dən çox hotel və mehmanxana kompleksi daxildir. Sahibkarlar yerləşdirmə obyektlərinin qiymətini müstəqil şəkildə təyin edirlər", - o deyib.

Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-də işə düşəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti