...

Buxarestdə Azərbaycandan Aİ-yə "yaşıl" enerji dəhlizi üzrə birgə müəssisə fəaliyyət göstərəcək

Yaşıl iqtisadiyyat Materials 30 May 2024 14:53 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Avropa İttifaqına (Aİ) "yaşıl" enerji dəhlizi üzrə "Black Sea green energy corridor" birgə müəssisəsi yaxın zamanda Buxarestdə qeydiyyatdan keçəcək.

Trend bu barədə Rumıniyanın "Transelectrica" şirkətinin (layihə iştirakçısı) Direktorlar Şurasının üzvü Boqdan Tonceskuya istinadən xəbər verir.

"Ötən həftə Tbilisidə "yaşıl" enerjinin inkişafı və Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana ötürülməsi üzrə Strateji Tərəfdaşlığın 7-ci nazirlər görüşü keçirilib.

"Transelectriса" şirkəti, "Azərenerji" ASC, Gürcüstanın "GSE" və Macarıstanın "MVM Zrt" şirkətlərinin səlahiyyətli nümayəndələri "yaşıl" enerji layihəsinin reallaşdırılması üzrə birgə müəssisənin yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Birgə müəssisə Buxarestdə qeydiyyatdan keçəcək", - Tonçesku deyib.

Layihə üzrə texniki konsultant İtaliyanın "CESI S.p.A" şirkətidir.

Bu "yaşıl" enerji dəhlizinin yaradılması Cənubi Qafqaz və Aİ arasında elektrik enerjisi və hidrogen formasında karbonsuzlaşdırılmış enerji ticarətini təşkil etməyə imkan verəcək.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti