...

"Təmiz Şəhər" ASC-nin sədri COP29 ərəfəsində fəaliyyətdən danışıb

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 11:34 (UTC +04:00)
"Təmiz Şəhər" ASC-nin sədri COP29 ərəfəsində fəaliyyətdən danışıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"Təmiz Şəhər" ASC ətraf mühitə fayda vermək üçün tullantılardan maksimum istifadəni hədəfləyir.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumun kuluarlarında deyib.

"Bugünkü forum COP29-a hazırlığa öz töhfəsini verəcək və dayanıqlı inkişaf məqsədləri üzrə mühüm məsələləri müzakirə etməyə imkan verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, "Təmiz Şəhər" ASC tullantıların idarə olunması üzrə aktiv şəkildə çalışır, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna nəzarət edir və öz fəaliyyəti (tullantıların yandırılması) sayəsində təmiz elektrik enerjisi (ümumi elektrik şəbəkəsinə daxil olur) istehsal edir.

"Bugünkü "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı tədbir Azərbaycanda bu istiqamətə nə qədər önəm verildiyini göstərir", - deyə E.Abbasov qeyd edib.

O bildirib ki, ASC tullantılardan elektrik enerjisi hasil etməklə yanaşı, tullantıların bir qismini çeşidləyir və onlardan xammal qismində istifadə edir.

"ASC inanır ki, fəaliyyəti qarşıdakı COP29 gündəliyinə öz töhfəsini verəcək. Azərbaycan COP29-a layiqincə ev sahibliyi edəcək, biz bundan əminik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti