Bakı.Trend:
Bu gün Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereş arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabında paylaşım edilib.
Qeyd edilib ki, görüş Tonqada baş tutub.
"Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin, COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışırıq", - məlumatda deyilir.