...

COP29-da Azərbaycan iqlim dəyişmələri üzrə universitetlər şəbəkəsinin yaradılmasını müzakirə edəcək

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 12:53 (UTC +04:00)
COP29-da Azərbaycan iqlim dəyişmələri üzrə universitetlər şəbəkəsinin yaradılmasını müzakirə edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan, iqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsinin yaradılmasını daha ətraflı müzakirə etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova ADA Universitetində keçirilən “İqlim dəyişmələrində ali təhsilin rolu: iqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsinin yaradılması yolunda” adlı tədbirdə deyib.

“İqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsi, yüksək təhsilin, bacarıqların inkişafı və təhsil sisteminin təkmilləşdirilməsi baxımından ən vacib mərhələ kimi tanınmasına yönələcək. Şəbəkə universitetlər və təhsil müəssisələri arasında koordinasiyanı artıracaq, eyni zamanda mövcud və yeni proqramlar arasında əlaqələrin gücləndirilməsi ilə potensialın artırılmasına dəstək verəcək. Bu, İnstitutlar arasında uyğunlaşma və əməkdaşlığın artırılması nəticəsində, Azərbaycanın üzləşdiyi konkret problemləri daha yaxşı analiz etməyə imkan yaradacaq və onların həlli üçün zəruri innovativ yanaşmaların tapılmasına kömək edəcək”, - L.Həsənova qeyd edib.

O, COP29-da əsas maraqlı tərəflərlə işləyərək şəbəkənin uğurlu icrası üçün ilk addımları atmağı bacaracaqlarını vurğulayıb.

Onun sözlərinə görə, gənclər və təhsil, Bakıdakı “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi”-nin ayrılmaz bir hissəsinə çevrilib və COP29-da müzakirələrin mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti