...

Azərbaycan proqram təminatının istehsalı və ixracı məqsədilə xarici sərmayədarlara şərait yaradacaq- nazir (video)

Telekommunikasiya Materials 21 Noyabr 2007 17:30 (UTC +04:00)
Azərbaycan proqram təminatının istehsalı və ixracı məqsədilə xarici sərmayədarlara şərait yaradacaq- nazir (video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyları naziri Əli Abbasovun verdiyi məlumata görə, İT bazarının inkişafı modeli Azərbaycanda proqram təminatının istehsalı və ixracı məqsədilə xarici şirkətlərə imkanlar yaradılmasını nəzərdə tutur.

Azərbaycan hökuməti "Regional innovasiya zonası" - İT bazarının fəallaşması üçün texnopark yaratmaq niyyətindədir. Layihə uğurla həyata keçirilərsə, İT sahəsinin gəlirləri 2012-ci ildə 4 mlrd. dollar təşkil edəcək.

Nazirin sözlərinə görə, "Regional innovasiya zonası"nın yaradılması məqsədilə hökumətə təkliflər paketi təqdim olunub.

"İlin sonunadək parlamentə qanun layihəsi təqdim etmək planlaşdırılır parlament. Qanun layihəsini qəbul edərsə, 2008-ci ilin birinci yarısından başlayaraq, bu sahənin inkişafı üçün yaradılan xüsusi şərait Azərbaycanda daha çox şirkətin işləməsinə şərait yaradacaq" - deyə Abbasov bildirib.

Xəbər lenti

Xəbər lenti