...

Delta Telecom Azərbaycanın provayderləri üçün internet-kanalı genişləndirəcək

Telekommunikasiya Materials 25 Dekabr 2007 01:50 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend S.Babayeva / Azərbaycanda İnternet-provayderlər üçün tariflər iki dəfə endiriləcək. Bunu, çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O, tariflərin endiriləcəyi vaxtı deməsədə, bunun 2008-ci ildə olunacağı guman edilir.

Abbasovun sözlərinə görə, tariflərin endirilməsi Delta Telecom şirkətinin (Azərbaycanda yeganə iternet-xətti təmin edən) provayderlər üçün kanalın sürətinin artırılması hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Nazir, İnternet-provayderlərin Azarbaycanın rayonlarında işləmək həvəsinin olmadığı üçün narahat orlduğunu bildirdi.

"Bu gün biz provayderlərin rayonlarda işləməsi üçün hər cür şərait yaradırıq, lakin onların bunda marağı yoxdur", - deyə o bildirdi.

İnternetin ölkədə inkişafına mane olan faktorlardan birinin, şəxsi kompyüterlərin olmamasını Abbasov qeyd etdi. Bu məsələnin həlli üçün, xüsusi laihənin həyata keçirilməsi nəzərdə tutulur, hansı ki, aztəminatlı ailələrə güzəştlə kompyuter almalarına imkan verəcək.

Nazir hesab edir ki, laihə 2008-ci ilə nəzərdə tutulub. Əgər onu həyata keçirmək mümkün olacaqdırsa, bu internetin ölkədə inkişafına təkən verəcək.

Rabitə nazirliyinin məlumatına əsasən, internetdən istifadə edənlərin sayı 900 min nəfərdi. Əhalinin sayı 8,621 mln. keçir.

Xəbər lenti

Xəbər lenti