...

Azercell-in investisiyaları $600 mln.-ı ötüb

Telekommunikasiya Materials 13 Mart 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart/ Trend , müxbir S.Babayeva/ Mobil rabitə operatoru Azercell Telecom Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində ölkə iqtisadiyyatına $630 mln. -dan çox kapital yatırıb. Bu barədə cümə axşamı şirkətin prezidenti Həlim Atəş məlumat verib. Bu dövr ərzində şirkət tərəfindən ödənilən vergilərin məbləği $400 mln.-ı ötüb.

"Biz Azərbaycanın qeyri-neft sektorunda ən iri vergi ödəyicilərindən biriyik", - Atəş bildirib.

Operator 2007-ci ildə sosial layihələrə $4 mln. , öz əməkdaşlarının inkişafına isə $1,5 mln. ayırıb.

Azercell Telecom 1996-cı ildə birinci təsisçilərinin Turkcell İletisim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi olduğu birgə müəssisə kimi fəaliyyətə başlayıb. Şirkət abunəçilərə sonradan ödəmə əsasında mobil rabitə xidməti təklif edib. 1998-ci ildə yeni əvvəlcədən ödəmə sistemi - SimSim tarif planı tətbiq edilib. 2000-ci ildə Azercell-də keyfiyyətin idarə edilməsi sistemi yaradılıb və 2000-ci il dekabrın 7-də şirkət beynəlxalq ISO 9001:2000 Standartına uyğunluq sertifikatı alıb. 2006-cı ildə Azercell Telecom IIP (the Investors In People)- İnsanlara Sərmayədar (İS) Standartı Sertifikatı ilə mükafatlandırılıb.

2008-ci ilin fevralında Azərbaycan hökumətinin BM-in strukturundakı $180 mln. dəyərində 35,7 faiz iştirak payının satılması haqqında müqavilə imzalanıb. Müqavilə Türkiyənin "Azertell Telekommunikasyon Yatirim Dis Ticaret A.S". şirkəti ilə imzalanıb.

Bu gün müstəqil özəl şirkət olan Azercell Telecom Azərbaycanda GSM standartı ilə xidmət göstərən ən iri operatordur və 3,1 mln.-dan çox abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti