...

Naxçıvan MR-də rabitə xidməti üzrə artım 70 faizi ötüb

Telekommunikasiya Materials 3 May 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir S.Babayeva/ Birinci rübdə Naxçıvan Muxtar Respublikasında (NMR) 5,3 mln. manatlıq rabitə xidməti göstərilib, bu isə 2007-ci ilin anoloji dövr göstəricisinə nisbətən 77,7 faiz çoxdur. NMR-ın Bakıdakı daimi nümayəndəliyindən şənbə günü bildirilib ki, 78 faiz və ya təxminən 4,1 miliyon manatlıq rabitə xidməti özəl şirkətlərin payına düşüb.

NMR-ın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi rabitə sahəsində 1,2 mln. manatlıq xidmət göstərib, bu isə keçən illə müqayisədə 62,2 faiz çoxdur.

Üç ay ərzində nazirlik tərəfindən 1102 telefon xətti çəkilib, bu isə 208 ədəd və ya 43,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın qərbində yerləşir. Şimalda və şərqdə Ermənistanla, qərbdə və cənubda Türkiyə və İranla həmsərhəddir. NMR-nin ümumi sahəsi 5,5 min kv km , əhalisinin sayı 360 mindən çoxdur. Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti