...

"Azercell Telecom" mayın 15-də rabitə xidmətində yarana biləcək problemlər barədə xəbərdarlıq edir

Telekommunikasiya Materials 13 May 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend /Azərbaycanın mobil operatoru -"Azercell Telecom" abonentlərinə mayın 15-də saat 23:00-dan səhər saatlarına qədər şirkətin bəzi rabitə xidmətlərində problemlər olacağı barədə xəbərdarlıq edir, şirkətdən verilən məlumatda bildirilir.

Narahatlıq operator şəbəkəsində aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.

Şirkət rabitə keyfiyyətinin yaxşılaşdırılması üçün vaxtaşırı analoji işlər aparır.

Hazırda "Azercell Telecom" şirkətinin 3 milyondan artıq abonenti var.

"Azercell Telecom" MMC 19 yanvar 1996-ci ildə yaradılıb. Şirkət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7 faiz) və "Fintur Holdings BV" (64.3 faiz) ilə birgə təsis edilmişdir. "Fintur Holdings BV" səhmlərinin 58.55 faizi "TeliaSonera" və 41.45 faizi "Turkcell" şirkətlərinə məxsusdur. Hazırda "Azercell Telecom" tam özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti