...

"Azercell Telecom" Kipr operatoru ilə beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib

Telekommunikasiya Materials 30 May 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" Kiprin "Areeba LTD" mobil rabitə şirkəti ilə beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. "Azercell" 2007-ci ilin aprelində ölkədə ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidməti istifadəyə verib.

Hazırda "Azercell Telekom" abonentlərinə 23 mobil şəbəkə operatoru ilə 21 ölkədə MMS rouminq xidməti təklif edir.

Operator indiyə kimi 62 ölkənin 126 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Lakin beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Beynəlxalq MMS rouminq xidməti isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

"Azercell Telecom" MMC 1996-cı il yanvarın 19-da təsis olunub. Şirkət Azərbaycan Rabitə Nazirliyi (35,7 faiz) və "Fintur Holdings BV" (64,3 faiz) birgə müəssisəsi kimi təsis olunub. "Fintur Holdings BV" səhmlərinin 58,55 faizi "TeliaSonera" şirkətinə və 41,45 faiz "Turkcell" şirkətinə məxsusdur. Hazırda "Azercell" tam özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir. Mobil operatorun ölkədə 3 milyondan çox abonenti var.

Xəbər lenti

Xəbər lenti