...

Azərbaycan rabitə nazirliyi rabitə peykinin istehsalı və buraxılması üçün yalnız bir əcnəbi şirkət ilə müqavilə imzalaya btlər

Telekommunikasiya Materials 19 Avqust 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peyki - AzerSat-ın istehsalı və buraxılması üçün yalnız bir əcnəbi şirkətlə müqavilə imzalaya bilər. Bu haqda Rabitə Nazirliyinin Dövlət Müəssisələri Fəaliyyətinin Koordinasiyası Şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev çərşənbə axşamı məlumat verib.

"Hazırda biz müqavilənin mətnini hazırlayırıq", - o bildirib.

Abdullayevin sözlərinə görə, müqavilənin bağlanılması üçün bir neçə variant var. Onun rəyinə görə, ən münasib variant müqavilənin yalnız bir şirkətlə bağlanılmasıdır. Öz növbəsində bu şirkət peykin hazırlanması, buraxılması və yerüstü stansiyanın tikintisi üzrə podratçılarla sazişləri özü bağlayacaq.

"Belə danışıqlar ABŞ, Türkiyə və İsrailin şirkətləri ilə aparılır", - Rabitə Nazirliyinin nümayəndəsi bildirib.

Nazirlikdə müqavilələrlə bağlı məsələni avqustun sonunadək həll etməyə ümid edirlər.

AzerSat layihəsinin dəyəri təxminən $200 mln. qiymətləndirilir. Peykin əhatə zonasına təxmini olaraq Avropa və Asiyanın bir hissəsi - Qazaxıstan, Türkmənistan, İran daxil olacaq.

Nazirlikdə hesab edirlər ki, peyk artıq 2010-cu ilə buraxıla bilər. AzerSat-ın istismar müddəti 18-19 ildir.

Xəbər lenti

Xəbər lenti