...

Bakıda BakuTel-2008 telekommunikasiya sərgisi işə başlayır

Telekommunikasiya Materials 11 Noyabr 2008 06:41 (UTC +04:00)

Azərbaycan, Bakı 11 noyabr / Trend müxbir S.Babaeva / Bakıda noyabrın 11-dən 14-dək keçiriləcək BakuTel-2008 "Telekommunikasiya və informasiya texnologiyaları", XIV beynəlxalq Azərbaycan sərgisində iştirak edən şirkətlərin 40 faizi yerli şirkətlərdi.  "İteca Caspian" şirkətinin meneceri Rəna Abutalıbova bazar ertəsi bildirib ki, bu şirkətlər "Azercell", "Azerfon", "Aztelekom", "Caspel", "Kur", "R.İ.S.K", "Ultra Computers" və başqalarıdı.

Abutalıbovanın sözlərinə görə bu şirkətlər arasında sərgidə həm dəfələrlə iştirak edən, həm də birinci dəfə iştirak edənlər var.

Ümumilikdə sərgidə 21 dövlətdən 105 telekommunikasiya şirkəti qeyduyyata düşüb. Bu ölkələr Rusiya, Türkiyə, Ukrayna, Belarus, Slovenya, İsrail, Çin, Koreya, Fransa, ABŞ və digərləridir. Sərgidə "Microsof"t, "Alcatel-Lucent", "İskratel", "Huawei", "Nokia-Siemens", "Turk Telecom", "Ness Technologies" kimi şirkətlər öz məhsullarını nümayiş etdirəcəklər.

Abutalıbova bildirib ki, sərgidə ilk dəfə olaraq "ORT" teleyayımın Beynəlxalq şəbəkəsi təqdim olunacaq.

Sərgi çərçivəsində, Azərbaycan Rabitə və İnformasiya Texnalogiyaları nazirliyinin təşkilatçılığı ilə, nazirlərin "Transavrasiya yüksək sürətli informasiya maqistralı" mövzusunda regional görüş keçiriləcək.

BMT, Beynəlxalq Elektrorabitə Şurası (İTU), Rabitə sahəsində Regional birlik, Azərbaycanın ixrac və investisiyaya dəstək fondu (AZPROMO) sərginin keçirilməsinə rəsmi dəstək veriblər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti