Azərbaycan, Bakı, 14 noyabr / Trend / 2008 - ci ilin yanvar - oktyabr aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyalarının Azerpocht Dövlət Müəssisəsi 103 poçt obyektində bərpa - tikinti işləri aparıb, - Rabitə Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
Bu müddət ərzində 10 yeni poçt bölməsi üçün bina tikilib, 4 poçtamt binası və 7 şöbə bərpa olunub.
2008 - ci ilin sonunadək poçt şöbələri üçün 73 yeni binanın tikintisi üzrə işlərin yekunlaşdırılacağı və daha 7 şöbənin bərpa olunacağı gözlənilir.
Azerpocht-un tərkibinə 59 poçtamt, 2 poçt müəssisəsi, 2 törəmə müəssisə, 8 rabitə bəndi və 1300 - dən artıq poçt şöbəsi daxildir.
Azerpocht müəssisəldərində 4200 dən çox işçi çalışır.