...

Aztelekom bütün Tac Kart abunəçiləri üçün bonus kampaniyası elan edib

Telekommunikasiya Materials 5 Dekabr 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi (İB) cümə günü Tac Kart - telefon danışıqları kreditor ödəmə sisteminin bütün abunəçiləri üçün bonus kampaniyası elan edib. Kampaniya dekabrın 6-da qeyd olunan rabitə və informasiya texnolorgiyaları işçilərinin peşə bayramı münasibəti ilə keçirilir.

Kampaniya keçirilən müddətdə - 2008-ci il dekabrın 6-dan 2009-cu il yanvarın 31-dək kartın nominal dəyərinə 20 faiz bonus əlavə olunacaq.

Tac Kart sistemi Bakı və Mingəçevir istisna olmaqla bütün ölkə ərazisini əhatə edir.

Abunəçilər bu sistemə qoşulmaq üçün 2, 4,10 manat dəyərində olan TAC KART-lar almalıdırlar. Balansı öyrənmək üçün stasionar telefondan "124" nömrəsini yığmaq və PIN Kod-u daxil etdikdən sonra isə pul vəsaitini (konturı) yükləmək lazımdır. Daha sonra abunəçi beynəlxalq danışıqlar aparmaq üçün "123" kodunu yığmalı və stansiyadan hazırlıq zəngini gözləməlidir, bundan sonra isə lazım olan nömrəni yığmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti