Azərbaycan, Bakı, 18 fevral/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom fevralın 18-də gecə vaxtlarında SimSim danışıq kartlarının yüklənməsində yarana biləcək problemlər barədə abunəçilərini xəbərdarlıq edir.
Şirkətin məlumatında bildirilir ki, bu, operator şəbəkəsinin təkmilləşdirilməsi ilə əlaqədardır.
Şirkət rabitə keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə vaxtaşırı analoji tədbirləri həyata keçirir.
Azercell Telecom ölkənin iri mobil rabitə operatorudur və 3,5 mln. abonentə xidmət göstərir.