...

Azərbaycan Gürcüstan poçtuna kömək edəcək

Telekommunikasiya Materials 6 Mart 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend /

Gürcüstan hökuməti ötən ilin avqustunda baş vermiş gürcü-osetin münaqişəsi nəticəsində ölkənin poçt sahəsinə dəymiş ziyanın aradan qaldırılmasına kömək məqsədilə Dünya Poçt İttifaqına (DPİ) müraciət edib.

Gürcüstanın poçt sahəsinin düşdüyü çətin durumu, həmçinin ölkələr arasında qarşılıqlı əməkdaşlığı nəzərə alaraq, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Gürcüstan poçtuna texnika şəklində kömək edilməsi haqda qərar qəbul edib. Avadanlıqlar yaxın günlərdə bu ölkəyə göndəriləcək.

"Gürcüstanda ölkə poçt strukturlarına məxsus olan nəqliyyat vasitələri, avadanlıqlar və digər əşyalar sıradan çıxıb", - Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Bununla əlaqədar olaraq, DPİ-nin administrativ şurası təşkilatın üzv ölkələrinə Gürcüstan poçtuna lazımi yardım göstərilməsi üzrə tədbirlərin nəzərdən keçirilməsi ilə müraciət edib.

DPİ-nin məktubunda Gürcüstan poçtuna nəqliyyat vasitələri, kompyuter, printerlər və s. avadanlıqlar daxil olmaqla, 6 adda 91 ədəd avadanlığın təcili təqdim olunmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti