...

Azercell və Azerfon münaqişənin həlli üzrə danışıqlar aparır

Telekommunikasiya Materials 23 İyul 2009 12:06 (UTC +04:00)
"Azercell və Azerfon arasında rabitə kanallarının məhdudlaşdırılması ilə bağlı ortaya çıxmış münaqişənin həlli üzrə danışıqlara başlanılıb", - cümə axşamı Trend Capital-a Azercell-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Q.Vəliyev /

"Azercell və Azerfon arasında rabitə kanallarının məhdudlaşdırılması ilə bağlı ortaya çıxmış münaqişənin həlli üzrə danışıqlara başlanılıb", - cümə axşamı Trend -a Azercell-in mətbuat xidmətindən məlumat verilib.

Azercell-in bəyanatına əsasən, şirkət, Azerfon abunəçilərinin rahatlığının qayğısına qalaraq, Azerfon-la şəbəkələrarası rabitə kanallarının, danışıqların bitiminə qədər açılması haqda qərar qəbul edib.

Dünən şirkət (22 iyul 2009-cu il, saat 00:00-dan etibarən) Azerfon şirkəti ilə mobil rabitə kanallarının bir hissəsinin məhdudlaşdırılması haqda bəyanat vermişdi. Azercell-in məlumatında həmçinin qeyd olunurdu ki, borcun ödənilməsi istiqamətində heç bir addım atmayacağı halda, Azerfon-un bütün mobil rabitə kanalları bağlanacaq. Azercell-in məlumatına görə, şirkət bu addımları Azerfon-un bir il ərzində 11 milyon manatlıq borcunu ödəməməsi səbəbindən atır. Azercell-dən deyilib ki, bu məbləğ şirkətin aktivlərinin mühüm hissəsini tutur və digər tərəflər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün lazımdır.

Dünən isə məlum olub ki, Bakının 1 nömrləi yerli iqtisadi məhkəməsi Azercell və Azerfon arasında şəbəkələrarası qoşulmaların məhdudlaşdırılmasını qadağan edən qərar qəbul edib. Qərar Azercell şirkətinin iyulun 21-də Azerfon şirkəti ilə qoşulma kanallarının bağlanılması haqda qərarının, bu işə baxılmasının başa çatmasına qədər ləğv edilməsini nəzərdə tutur. Əks halda, bu iş üzrə məsuliyyət, müvafiq qanunvericiliyə uyğun olaraq, Azercell şirkətinin üzərinə qoyulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti