...

Bakının telefon şəbəkəsinin yenidən qurulması və genişləndirilməsinə 4 milyon manat sərmayə qoyulub

Telekommunikasiya Materials 31 İyul 2009 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Q.Vəliyev / 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsinin 6 ay ərzində yenidən qurulması və genişləndirilməsi üçün 3,85 milyon manat sərmayə qoyulub, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

İdarənin məlumatına əsasən, qoyulmuş vəsait hesabına ATS-in nömrə tutumunun 3782 vahidə kimi artırılması üzrə işlər həyata keçirilib, eyni zamanda yeni xətt qurğuları qurularaq istismara verilib.

Dövlət kapital qoyuluşu hesabına dövlət idarələrinin alternativ rabitə vasitələri ilə təmin edilməsi məqsədilə Mərdəkan-Şüvəlan-Qala-Türkan-Hövsan-Zığ marşrutu üzrə 45 km uzunluğunda kabel-kanalizasiya qurğuları qurulub. Kabel-kanalizasiya qurğularının 35 km-nin salınması işləri başa çatıb.

Qaradağ telekommunikasiya qovşağının və ATS-in birbaşa BTRİB-ə qoşulması (hazırda Trans-Asiya-Avropa magistralının resurslarından istifadə olunur), həmçinin Qaradağ rayonundakı şirkətlərə müasir telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə kabel-kanalizasiya qurğularının nəzərdə tutulan 34,2 km-dən 21 km-nin salınması üzrə işlər başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti