...

Ericsson şirkəti Azərbaycanın telekommunikasiya bazarına kömək etməyə hazırdır

Telekommunikasiya Materials 10 Sentyabr 2009 18:52 (UTC +04:00)
Ericsson şirkəti telekommunikasiya sahəsində yeni xidmətlər təklif etməklə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun sonrakı inkişafına kömək etməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təşkil edilmiş görüş zamanı Ericsson şirkətinin birincivitse-prezidenti və maliyyə direktoru Hans Vestberq deyib.
Ericsson şirkəti Azərbaycanın telekommunikasiya bazarına kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir H.Vəliyev /

Ericsson şirkəti telekommunikasiya sahəsində yeni xidmətlər təklif etməklə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun sonrakı inkişafına kömək etməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təşkil edilmiş görüş zamanı Ericsson şirkətinin birinci vitse-prezidenti və maliyyə direktoru Hans Vestberq deyib.

Onun sözlərinə görə, Azərbaycanın telekommunikasiya bazarı sürətli artım nümayiş etdirir və şirkət bu müsbət tendensiyanın gələcəkdə saxlanılacağından əmindir. Azərbaycanın telekommunikasiya bazarının sürətli artımı, mobil rabitə abunəçilərinin sayının artması Ericsson şirkətinin Azərbaycanda işgüzar fəallığının dinamik genişlənməsinə kömək edib.

Vestberq Ericsson şirkətinin qabaqcıl standardlara uyğun olaraq Azərbaycanın telekommunikasiya bazarının inkişafına hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. Üçüncü nəsil texnologiyalarının (3G) meydana çıxması ilə Ericsson şirkəti operatorlara İnternetə mobil genişzolaqlı giriş, mobil televiziya, interaktiv video və digər xidmətlərin quraşdırılması üçün təklif verməyə hazırdır.

Bu gün Ericsson-un Azərbaycanda əsas müştəriləri "Azercell" və "Azərfon" mobil rabitə operatorlarıdır və bunlarla birgə yeni texnologiyanın testdən keçirlməsi üçün təcrübə zonası yaradılır.

Görüş zamanı tərəflər son istifadəçilərə yüksək keyfiyyət təklif edərək, müxtəlif lokasiyalar arasında məlumatların yüksək sürətlə verilməsini təmin edən genişzolaqlı rabitənin milli şəbəkəsinin inkişafı layihəsini müzakirə ediblər.

Digər mühüm aspekt Government Home Network hökumət şəbəkəsinin və neft kəmərləri üzrə monitorinq və nəzarət sisteminin yaradılması kimi strateji layihələr üçün belə yeni iqtisadi effektli texnologiyaların tətbiqi məsələlərinin müzakirəsi olub.

Görüşdə həmçinin səhiyyə təcrübəsində e-Health və Mobile Health informasiya texnologiyalarının tətbiqi müzakirə olunub.

e-Health sistemi klinikaya lazım olan bütün tibbi informasiyanın bir yerdə əlaqələndirilməsinə imkan verir.

e-Health sisteminin tətbiqi səhiyyə və sosial təminat sahəsində xidmət göstərilməsi sistemini möhkəmləndirməyə və müxtəlifləşdirməyə imkan verəcək. Sözügedən innovasiya servisi Ericsson şirkəti bazasında genişləndirilə bilən texnoloji platforma təklif etməyə hazırdır.

Ericsson Mobile Health mobil rabitə şəbəkəsi vasitəsilə yerindən asılı olmayaraq müştərinin səhhətinin daimi monitorinqini təşkil etməyə imkan verir. Alınmış məlumatlar oparetor şəbəkələri ilə dispetçer məntəqəsinə verilir. Orada onları vaxtında konsultasiya edə və ya müştəriyə tibbi yardım göstərə bilən ixtisaslı tibbi personal analiz edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti