...

Azərbaycanda dərman preparatlarının keyfiyyətinə nəzarət üzrə elektron sistem tətbiq ediləcək

Telekommunikasiya Materials 29 Sentyabr 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir H.Vəliyev/

Səhiyyə Nazirliyi kliniki tibbi mərkəzdə məlumat bazasının idarəetmə sistemini tətbiq edib. Bu barədə çərşənbə axşamı "İnformasiya texnologiyalarının səhiyyədə rolu" mövzusunda keçirilən konfransda səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, məlumat bazalarının idarəetmə sistemi mərkəzin doqquz korpusu ilə əlaqə saxlayır. Məlumat mübadiləsi üçün optik-tel rabitə xətti istifadə edilir. Genişzolaqlı rabitə xəttinin istifadəsi bu gün real vaxt rejimində video kontentlərin (kompüter tomoqrafiyalarının nəticələri) alnması və ötürülməsini həyata keçirməyə imkanverir. Mərkəzdə elektron laboratoriya fəaliyyət göstərir, təcili tibbi yardımın işi isə GPS sistemi vasitəsilə yoxlanılır.

Ağayevin sözlərinə görə, ilin sonunadək dərman preparatlarının keyfiyyətinə nəzarət edən modulun tətbiq edilməsi məsələsinə baxılacaq.

Səhiyyədə informasiya texnologiyalarının tətbiqi üzrə işlər "Elektron Azərbaycan" proqramının üçüncü bəndində nəzərdə tutulub.

Ağayevin sözlərinə görə, son illər həyata keçirilən ən əhəmiyyətli layihələrdən biri elektron registrlərin milli monitorinq mərkəzinin yaradılması olub. Hazırda respublika üzrə 9 registrdən 7-si fəaliyyət göstərir. Registrlərin məlumat bazasına müntəzəm olaraq doğum, ölüm və xəstəlik faktları haqqında informasiya daxil edilir.

2007-ci ildən ölkədə elektron sağlamlıq kartlarının tətbiq edilməsi layihəsi uğurla həyata keçirilir. Hazırda layihə çərçivəsində 160 mindən artıq kart verilib.

Son 5 il ərzində respublikada 300-ə yaxın sağlamlıq müəssisəsi yaradılıb. Yaxın zamanlarda bütün müalicə müəssisələri müasir informasiya sistemləri ilə təchiz ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti