...

"Maksimum Gənc" abunəçiləri üçün yeni güzəştlər

Telekommunikasiya Materials 13 Oktyabr 2009 17:19 (UTC +04:00)
Azercell Telecom MMC "Maksimum Gənc" abunəçiləri üçün yeni kampaniyaya start verib. İndi abunəçiləri gündəlik sürprizlər və güzəştlər gözləyir.
"Maksimum Gənc" abunəçiləri üçün yeni güzəştlər

Azərbaycan, Bakı 13 oktyabr / Trend , müxbir H.Vəliyev/

Bu proqram çərçivəsində hər bir "Maksimum Gənc" abunəçisi " Ali&Nino" kitab mağazasında istənilən kitabı 20 faizlik endirimlə əldə edə bilər.

"Ali&Nino" kitab kafesində də abunəçilər üçün nahar menyusunda 40 faizlik endirim nəzərdə tutulub.

Maksumum gənc abunəçilərini ən maraqlı təklif isə "Alma Store" mağazalar şəbəkəsində gözləyir. Bu şəbəkəyə daxil olan istənilən mağazadan iPod əldə etməklə "Maksimum Gənc" abunəçilərini 20 faizədək güzəşt əldə edirlər.

Bütün bunlardan əlavə, hər bir "Maksimum Gənc" abonenti yeni kampaniyaya görə 1 SMS-ə 2 Kontent qazanır. Yəni, kampaniya iştirakçıları bir kontentin qiymətinə özü və dostu üçün kontent əldə edə bilir.

Bu güzəştdən faydalanmaq üçün "Maksimum Gənc" abonentləri www.azercell.com saytına daxil olub istədikləri mp3 melodiya, oyun və ya şəkli seçməli və onun kodunu dostunun nömrəsi ilə birlikdə hər bir kontent üçün müəyyən olunan qısa nömrəyə göndərməlidirlər.

Sevindirici xəbərlərdən biri də budur ki, "Maksimum Gənc"lər bütün bu güzəştlərdən tək həftəarası yox, həm də həftəsonu günlərində yararlana bilərlər. Yeni güzəşt kampaniyası 13 oktyabr 2009 - 13 yanvar 2010 tarixləri arasında keçirilir.

"Azercell"in sürprizləri bununla da bitmir. Yeni güzəştlərlə yanaşı, "Maksimum Gənc"lər üçün qüvvədə olan kampaniyaların da vaxtı uzadılır. Belə ki, ABC/GRAND mağazalarında "Maksimum Gənc"lər bir CD-nin qiymətinə ikisini ala biləcəklər. Bu kampaniyanın müddəti də 2009-cu il dekabrın 31-nə qədər uzadılır. Bundan əlavə Azərbaycan kinoteatrında bir bilet alan "Maksimum Gənc" abonentləri ikincisini pulsuz ala bilərlər.

Kampaniyalardan faydalanmaq üçün "Maksimum Gənc" abonentləri "Maksimum Gənc" İD kodlarını təqdim etməlidirlər. Əgər abonent bu kodu unudubsa, onda 7777 qısa nömrəsinə "Maksimumgenc" sözünü yazıb göndərmək kifayətdir.

Bu cəlbedici kampaniyalarda iştirak edib güzəştlərdən yararlanmaq üçün Maksimum Gənc proqramının üzvü olmaq lazımdır. Bunun üçün də "Maksimumgenc" sözünü yazıb 7777 nömrəsinə göndərmək lazımdır. Bu zaman abonent "Maksimum Gənc" proqramına qoşlur və onun balansına avtomatik olaraq pulsuz 77 SMS və 77 MMS əlavə olunur.

Xəbər lenti

Xəbər lenti