Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir H.Vəliyev/
BakuTel-2009 sərgisinin ümumi sahəsi keçən illə müqayisədə 5 faiz artıb. Bu barədə BakuTel-2009 sərgisinin meneceri Rəna Abutalıbova çərşənbə axşamı sərginin açılışına həsr edilən mətbuat konfransında deyib.
ITECA Caspian LLC sərginin təşkilatçısıdır.
Abutalıbovanın sözlərinə görə, bu il sərgidə 16 ölkədən olan 112 şirkət təqdim ediləcək. Yerli şirkətlər ümumi iştirakçı sayının 55 faizini təşkil etməklə böyük fəallıq göstərirlər. Debütant şirkətlər sərginin 40 faizini təşkil edir.
Daimi iştirakçılarla yanaşı, sərgidə ZTE Corporation (Çin), Pirelli Broadband Solution (İtaliya), Ozkabel (Özbəkistan) və s.kimi yeni təşkilat və şirkətlər də iştirak edəcəklər.
Sərgidə ənənəvi olaraq Koreya şirkətlər qrupu və həmçinin Türkiyədən 5 şirkət iştirak edəcək. Türk şirkətləri arasında Turk Telekomunikasyon A.S. rabitə operatoru da var.
BakuTel-2009 sərgisi nümayişə çıxarır: telekommunikasiya və şəbəkə, genişzolaqlı rabitə və texnologiya, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyası, internetə simsiz daxilolma texnologiyası, teleradioyayım texnologiyası və avadanlıqları, proqram təminatı və avtomçatlaşma sistemi, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, elektron biznes və elektron hökumət.
Builki sərginin mühüm fərqi yeni məhsul və xidmətlərin sayının artmasındadır. Sərgi iştirakçılarının 35 faizi öz innovasiyalarını bəyan ediblər. "Xalq kompüteri", "Elektron imza", "Elektron sənəd dövriyyəsi", LTE (4G) texnologiyası, telefoniya səhəsində yeni nəticələr və s. sosial əhəmiyyət kəsb edən layihələrdəndir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]