...

Azərbaycan Təhsil Nazirliyi və Microsoft korporasiyası əməkdaşlıq haqda memorandum imzalayıblar

Telekommunikasiya Materials 10 Dekabr 2009 15:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və Microsoft korporasiyası əməkdaşlıq proqramı üzrə niyyət haqqında memorandum imzalayıblar.
Azərbaycan Təhsil Nazirliyi və Microsoft korporasiyası əməkdaşlıq haqda memorandum imzalayıblar

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi və Microsoft korporasiyası əməkdaşlıq proqramı üzrə niyyət haqqında memorandum imzalayıblar.

Memorandum təhsil naziri Misir Mərdənov, Orta və Qərbi Avropada təhsildə əməkdaşlıq proqramının rəhbəri Teodor Miller və Microsoft Azerbaijan yerli nümayəndəliyinin rəhbəri Teymur Axundov tərəfindən imzalanıb.

Memorandum Microsoft və Azərbaycanın Təhsil Nazirliyi arasında daha əvvəl imzalanan razılaşmanın davamıdır. Yeni memorandum 2010-2013-cü illəri əhatə edir və məktəblərin kompüter və proqram təminatı ilə təmin edilməsinə, müəalimlər üçün treninqlərin keçirilməsinə və "Xalq kompüteri" layihəsinin davam etdirilməsinə yönəldilib.

İmzalanmış memorandum çərçivəsində əməkdaşlıq, təhsil sisteminin informasiyalaşdırılması proqramı həyata keçiriləcək. Bu proqram Microsoft-un təhsil sisteminin təkmilləşdirilməsi üzrə qlobal təşəbbüsüdür. Proqram müəllimlər və şagirdlər üçün yeni imkanlar açır və təhsilin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

Bu gün Microsoft və Azərbaycanın Təhsil Nazirliyi tərəfindən imzalanmış informasiya texnologiyalarının tətbiqi üzrə razılaşma mövcuddur. Kompüterlərdə lisenziyalı proqram təminatları istifadə edilir. Təhsil sisteminin informasiyalaşdırılmasında mühüm rol oynayan "Xalq kompüteri" layihəsi uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti