...

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək

Telekommunikasiya Materials 9 Yanvar 2010 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının (UPU) yaz sessiyasında iştirak edəcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend -a deyilib.

Berndə (İsveçrə) aprelin 12-dən 30-dək keçiriləcək sessiya çərçivəsində rabitə departamentlərinin işçi qrupunun iclası keçiriləcək.

Sessiya iştirakçıları poçt rabitəsi sektoruna aid olan aktual məsələləri müzakirə edəcəklər. Sessiyanın yekununda UPU-nun Poçt Əməliyyatları Şurasının plenar iclasının keçirilməsi nəzərdə tutulub. İclas zamanı yerinə yetirilən işlər üzrə nəticələr təqdim ediləcək.

UPU-nun 2008-ci ildə keçirilən konqresində Azərbaycan ittifaqın birdən-birə iki ali orqanı - İnzibati və Poçt İstismarı şuralarına üzv seçilib. UPU-nun rəhbər orqanlarında üzvlük, ölkəyə təşkilatın fəaliyyəti ilə bağlı əsas məsələlər üzrə qərarların formalaşdırılmasına təsir etmək imkanı verir.

Xəbər lenti

Xəbər lenti