Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir H.Vəliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) terminoloji reyestrin yaradılması üzrə iş aparır. Bu barədə İTİ-nin məlumatında bildirilir.
Layihə UNESCO yanında fəaliyyət göstərən və beynəlxalq terminologiyanın standartlaşdırılması üzrə işləri özündə cəmləşdirən "Infoterm" beynəlxalq terminologiya mərkəzinin və beynəlxalq standartlaşdırma təşkilatının tələblərinə uyğun olaraq, mövcud terminlərin harmonizasiyasına dair işlərin həyata keçirilməsini nəzərdə tutur.
Hazırda İTİ tərəfindən "azterm.az" terminoloji portalın hazırlanması üzrə işlər başa çatdırılıb.