...

Azərbaycan Mərkəzi Bankı kompüter avadanlıqlarının buraxılışı və proqram təminatı üzrə tender elan edib

Telekommunikasiya Materials 10 Mart 2010 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı kompüter, server, şəbəkə avadanlıqlarının buraxılışı və proqram təminatı üzrə tender elan edib. Bu barədə tender komissiyasının məlumatında deyilir.

Tenderdə iştirakın dəyəri 250 manat təşkil edir. İştirakçıların tender təklifləri aprel ayının 16-sı saat 18:00-a qədər qəbul edilir. Tender təkliflərinin açıqlanması aprelin 27-si saat 15:00-da təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti