...

Azərbaycan Mərkəzi Bankı server məhsulları və proqram təminatının təchizatına dair saziş imzalayıb

Telekommunikasiya Materials 18 Mart 2010 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı ölkənin BestComp Group İT şirkəti ilə portfelin idarə olunması sistemi üçün proqram təminatının və server məhsullarının təhcizatına dair saziş imzalayıb. Bu barədə Trend -a BestComp Group şirkətindən məlumat verilib.

BestComp Group AMB-nin fevralın əvvəlində elan etdiyi tenderin qalibi olub. İmzalanmış müqavilə çərçivəsində şirkət HP Proliant serverinin, Cisco şəbəkə avadanlığının, Oracle (Oracle Enterprise edition) məlumat bazasının idarə olunması sisteminin və Microsoft (Windows Server) server əməliyyat sistemlərinin təchizatını həyata keçirəcək.

Avadanlıq və proqram təminatı iki ay müddətində təchiz olunacaq.

Xəbər lenti

Xəbər lenti