...

Nar Mobile Zəng Gələr, Bonus Gətirər kampaniyasına start verdi!

Telekommunikasiya Materials 5 May 2010 18:30 (UTC +04:00)
İndi Nar Mobile abunəçiləri digər operatorlardan daxil olan zənglərə görə bonus qazanacaqlar.
Nar Mobile Zəng Gələr, Bonus Gətirər kampaniyasına start verdi!

Azərbaycan, Bakı,5 may /Trend/

İndi Nar Mobile abunəçiləri digər operatorlardan daxil olan zənglərə görə bonus qazanacaqlar.

Yalnız NarMobile abunəçilərin balanslarına digər operatorlardan gələn zənglərin hər 3 dəqiqəsinin əvəzinə şəbəkədaxili danışıqlar üçün 1 dəqiqə bonus əlavə olunur

5 may 2010-cu il tarixindən Zəng Gələr, Bonus Gətirər  kampaniyası çərçivəsində Nar Mobile abunəçinin nömrəsinə həftə ərzində Azərbaycanın digər mobil operatorlarından gələn zənglərin hər 3 dəqiqəsinə görə 1 şəbəkədaxili dəqiqə bonus olaraq balansa köçürülür. Kampaniya çərçivəsində verilən bonuslar şəbəkədaxili adi və video zənglər üçün istifadə oluna bilər.

Bonuslar hər bazar ertəsi abunəçilərin balansına hesablanır.

Zəng Gələr, Bonus gətirər kampaniyasından bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri yararlana bilərlər.

Ətraflı məlumat almaq üçün www.NarMobile.az saytına və ya 7775  nömrəsinə müraciət etmək olar.

Azerfon MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.

Əlavə məlumatı www.NarMobile.az internet səhifəsindən əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti